Okt 18, 2023 19:05 Asia/Baku
  • Qəzzənin bombalanmasında daha bir neçə fələstinli şəhid olub

Sionist rejimin Qəzzəyə hücumları daha bir qrup fələstinli mülki vətəndaşın şəhadətinə səbəb olub.

"Fələstin Əl-Youm" xəbər agentliyinin məlumatına görə, Qəzzənin qərbində işğalçılar dinc əhaliyə qarşı yeni cinayət törədib və "Ali-Həbuş"un evini hədəfə alıblar ki, bu hücum nəticəsində ən azı 30 şəhid və yaralı var.Həmçinin sionist rejim qırıcıları Qəzzənin cənubundakı "Bəni Süheyla"da yeni cinayət törədiblər, nəticədə ən azı 12 nəfər şəhid olub.Bu elə bir haldadır ki, ABŞ prezidenti Co Baydenin yerli vaxtla saat 13:00-da İordan çayının qərb sahilinə səfərinə qarşı nümayişlərin keçirilməsinə çağırışlar edilib.Fələstinli qruplar birgə bəyanatda bildiriblər: "Ərəb və İslam ümmətindən millətimizi dəstəkləmək və Baydenin səfərinə qarşı çıxmaq üçün küçələrə çıxmalarını xahiş edirik".Bəyanatda deyilir: "Bəzi ərəb ölkələrinin fələstinlilərin məcburi köçürülməsinə qarşı mövqeyi Qəzzədə uşaq və qadınların şəhid olmasının qarşısını almaq üçün tədbirlər görülməsini tələb edir".

Teqlər