Noy 22, 2023 12:24 Asia/Baku
  • Qəzzədə 4 günlük atəşkəs elan edildi

HƏMAS razılaşma qərarının müqavimətin tələbləri əsasında verildiyini bildirib.

Məlumata əsasən sionist rejim kabineti Qəzzədə atəşkəs razılaşmasının lehinə səs verdiyini bildirib. Bu razılaşmaya əsasən, 4 gün ərzində 50 qadın və uşaq azad ediləcək. Deyilən müddət ərzində münaqişənin dayanacağı bildirib.Bu arada HƏMAS həmçinin elan edib ki, olduqca çətin müzakirələrdən sonra 4 günlük atəşkəsə nail olduğumuzu elan edirik. Qəbul edilmiş qərara əsasən, hər iki tərəfin bütün hərbi əməliyyatları dayandırılmalı və 150 fələstinli qadın və uşağın azad edilməsi müqabilində 50 "israilli" qadın və uşaq azad edilməlidir.Həmçinin bu razılaşma əsasında Qəzzə zolağının bütün bölgələrinə yüzlərlə yük maşını humanitar, tibbi və yanacaq yardımı göndərilməlidir.Bunlardan əlavə, qərara görə, işğalçı sionsit rejiminin hərbi texnikasının Qəzzə zolağına doğru hərəkəti və hava əməliyyatları dayandırılmalıdır. Həmçinin, qərar əsasında sionsit qüvvələri heç kimə hücum çəkməyəcəyini və həbs etməyəcəklərini öhdələrinə götürüblər.Verilmiş xəbərə görə, atəşkəs rejimini bərqərar edilməsi sazişi Müqavimət cəbhəsinin tələblərinə uyğun hazırlanmışdır. Saziş, Fələstin xalqına xidmət etmək və sionsit təcavüzünə qarşı mübrizəni gücləndirmək hədəfini güdür.HƏMAS həmçinin açıqlayıb ki, biz əlimizi atəşkəs razılaşması zamanı da tətikdə saxlayacağıq. Döyüş briqadalarımızın xalqımızı müdafiə etmək üçün hər zaman ayıq-sayıq olacağını vurğulayırıq

Teqlər