Qəzzə şəhidlərinin sayı 14 min nəfəri ötürb keçibdir
İsrail rejiminin Qəzzə zolağına qarşı vəhşicəsinə və ardıcıl hücumlarında şəhid olanların sayı bu cinayətin başlanmasının qırx yeddinci günündə on dörd min beş yüz otuz iki nəfərə yüksəlib.
Bu xəbəri verən Qəzzə səhiyyə nazirliyi və dövlət informasiya bürosu qeyd ediblər ki, həmin şəhidlərin altı min nəfəri- uşaq, üç min doqquz yüz iyirmi nəfəri isə qadındır.
Bu ofis əlavə edib: Sionist rejimin hücumları və bombardmanları nəticəsində indiyədək yeddi min nəfərdən çox insan itkin düşüb. Onların da dörd min yeddi yüz nəfərindən çoxunu uşaq və qadınlar təşkil edirlər.
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas və İsrail rejimi qırx beş gün döyüşdən sonra dördgünlük atəşkəslə razılaşıblar. Bu razılaşmaya görə, əsirlik keçmişlərinə əsasən, on doqquz yaşınadək olan yüz əlli fələstinli qadın və uşaq qarşılığında on doqquz yaşınadək olan və sionist rejimi təmsil edən əlli qadın və uşaq azad ediləcək. Azad olunanların sayı razılaşmanın icra olunacağı sonrakı mərhələlərdə artacaqdır.