Daha bir məktəb bombalandı: 30 nəfər şəhid oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i405806-daha_bir_məktəb_bombalandı_30_nəfər_şəhid_oldu
İsrailin Qəzzə zolağının şimalında BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) məktəblərindən birinə endirdiyi zərbə nəticəsində 30-a yaxın şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2023 09:55 Asia/Baku
  • Daha bir məktəb bombalandı: 30 nəfər şəhid oldu

İsrailin Qəzzə zolağının şimalında BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) məktəblərindən birinə endirdiyi zərbə nəticəsində 30-a yaxın şəhid olub.

Bu barədə Livanın “Əl-Məyadin” telekanalı məlumat yayıb.

Bildirilib ki, hücum Cebaliya şəhəri yaxınlığındakı qaçqın düşərgəsinin qərbində yerləşən Əbu Hüseyn məktəbinə qarşı həyata keçirilib.

Qeyd edək ki, xunta rejimin hərbi cinayətləri çərçivəsində oktyabrın 7-dən başlayaraq Qəzzədə 15 minə yaxın insan, o cümlədən 6 min uşaq şəhid olub.