Dek 06, 2023 20:43 Asia/Baku
  • Qəzzədə üç istiqamətdə şiddətli döyüşlər gedir;

sionist rejimin 12 maşını, bir hərbi texnikası və bir tankı məhv edilib

Qəzzə zolağında quru döyüşlərinin üç istiqamətdə, xüsusilə də Xan Yunis, Beyt Lahiya və Beyt Hanunda intensivləşməsi ilə eyni zamanda Fələstin müqaviməti Xan Yunisdəki bir evdə sionist əsgərlərin sığınacaqlarını hədəfə aldıqlarını və sionist rejim ordusunun 12 hərbi maşınını, bir personal daşıyıcısını və bir tankını məhv etdiklərini açıqlayıb.

Fələstinin "Şahab" xəbər agentliyi Qəzzə zolağında quru döyüşlərinin son inkişafı ilə bağlı bildirib ki, müqavimət döyüşçüləri Xan Yunisin şərq hissəsində sionist rejimlə şiddətli döyüşlər aparırlar.

Bu məlumata əsasən, Xan Yunisin şərqində bir neçə güclü partlayış səsi eşidilib və yerli mənbələr bölgənin səmasında tüstünün əmələ gəldiyini bildiriblər. Sionist hərbçilərin Xan Yunis şəhərində yığıncağı da minaatanlardan atəşə tutulub.

Bununla əlaqədar, HƏMAS Hərəkatının hərbi qolu olan Şəhid İzzəddin Əl-Qəssam batalyonları sionist əsgərlərin sığınacaqlarının hədəfə alındığını açıqlayıb və deyib6 "Biz Xan Yunisin şərqində işğalçı hərbçilərin sığındığı bir evi minaatan və pulemyotlarla hədəfə aldıq.

Əl-Qəssam batalyonları, həmçinin snayperlərinin sözügedən ərazidə 4 sionist əsgəri hədəf aldığını açıqlayıb.

Əl-Qəssam batalyonları Qəzzənin şimalında Beyt Lahiya bölgəsində baş verən qarşıdurmalarda sionist rejimin 12 hərbi maşınını hədəfə aldıqlarını da bildiriblər.

HƏMAS-ın hərbi qanadı başqa bir bəyanatda bildirib ki, döyüşçüləri Yasin-105 raketi ilə Xan Yunisin şimalında düşmən ordusuna məxsus bir personal daşıyıcısını və “Merkava” tankını məhv ediblər.

Beyt Hanun bölgəsi də müqavimət və sionist qüvvələr arasında ağır döyüşlərin şahidi olub.

Sionist rejimin "Raim" hərbi bazası da Əl-Qəssam batalyonlarının raket hücumuna məruz qalıb.

Teqlər