Dek 30, 2023 16:41 Asia/Baku
  • Qəzzədə döyüşlərin davam etməsi haqda xəbərdarliq

BMT Qəzzədə döyüşlərin davam etməsi barədə xəbərdarlıq edib

BMT sözçüsü xəbərdarlıq edib ki, Qəzzədə döyüşlərin davam edəcəyi təqdirdə regional böhran riski yarana bilər.

Stefan Ducarrik cümə günü bildiribdir ki, İsrail rejimi ilə Həmas və Qəzzədəki digər qruplar arasında döyüşlərin şiddətlənməsi fonunda BMT baş katibi bütün region üçün dağıdıcı nəticələrə gətirib çıxara biləcək həmin döyüşlərin daha da genişlənməsindən son dərəcə narahatdır.

Tələfatın yüksək miqdarı və İsrail rejiminin təhlükəsizlik qüvvələrinin əməliyyatlarının artması da daxil olmaqla qəsb edilmiş qərb sahilində zorakılıqların kəskinləşməsi böyük nigarançılıq doğurur- deyə, Ducarrik qeyd edib.

BMT sözçüsü bildiribdir ki, Livan ilə işğal edilmiş Fələstin əraziləri arasındakı sərhədlər boyunca gündəlik atəş mübadiləsi gərginliyin daha da genişlənməsi təhlükəsini yaradır və regionun sabitliyinə təsir göstərir.

Birləşmiş Millətlər Təşkilatının baş katibi bütün tərəfləri maksimum təmkinlilik göstərməyə və bölgədəki gərginliklərin azalması üçün təcili addımlar atmağa çağırır- deyə, Ducarrik bildirib.