Yan 01, 2024 13:07 Asia/Baku
  • Ənsarullah xunta rejimini sıxışdırır

İsrail Eylat limanını boşaltdı

İşğal olunmuş Fələstin ərazilərinin cənubunda, Qırmızı Dəniz sahilində yerləşən Eylat limanı Yəmənin İsrailə qarşı təhdidlərindən sonra yararsız hala düşüb.

Misir xəbər agentliklərinin məlumatına görə, Eylat limanı Ənsarullah hərəkatının təhdid və hərəkətlərindən sonra ilk dəfə boşaldılıb.

Yəmənlilər çoxdan elan etmişdilər ki, İsrailin Qəzzəyə qeyri-insani hücumlarından sonra Qırmızı Dəniz və Bab əl-Məndəbdən keçən İsrailə bağlı istənilən gəmiyə hücum edəcəklər və işğalçı gəmilərə keçidə icazə verməyəcəklər.

Bu çərçivədə İsraillə əlaqəsi olan və ya yəhudi iş adamlarına məxsus, təyinatları İsraildə olan gəmilər Yəmən qüvvələri tərəfindən bir neçə dəfə hədəfə alınıb.

 

Teqlər