Livan Hizbullahının lideri: “Şəhid Saleh əl-Arurinin terroruna cavab veriləcək”
Livan Hizbullahının baş katibi dünən etdiyi çıxışda deyib: “Beyrutun cənubunda HƏMAS-ın siyasi rəhbərinin müavini Saleh əl-Arurinin terroru cavabsız və cəzasız qalmayacaqdır”
“Əl-Mənar” telekanalının məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu hərəkatın müavini Hacı Məhəmməd Yağinin vəfatının 7-ci ildönümündə çıxış edərkən deyib: “Əgər Müqavimət əl-Arurinin terrorunda səssiz qalarsa Livan sionist rejimin hücum meydanına çevriləcək”
Seyid Həsən Nəsrullah Hizbullahın oktyabrın 8-dən etibarən sionist düşmənlə birbaşa qarşıdurmaya girdiyini bildirərək bəyan edib ki, müqavimət dəfələrlə sionist işğalçıların mövqelərini hədəfə alıb. Son üç ayda İsrail rejim qüvvələrinə qarşı 670-dən çox əməliyyat keçirilmiş və sionistlərin sərhəddə yerləşdiyi 48 hərbi bazasına ən azı bir dəfə zərbə endirilmişdir.
Livan Hizbullahının baş katibi Yəmən müqavimətinin dünya güc tarazlıq sistemində nəzərəçarpacaq mövqeyinə və Qırmızı dənizdəki apardığı əməliyyatlarla Amerikanı rüsvay etdiyinə toxunaraq vurğulayıb ki, Vaşinqton bilməlidir ki, o, təkcə Ənsarullahın qarşısnıda yox, bütün təcavüzkarları məğlubiyyətə düçar edən milyonlarla yəmənlinin qarşısında dayanıb.