Sionist rejim ordusu hava bazasının hədəfə alındiğını etiraf edib
Sionist rejim ordusunun sözçüsü dünən axşam etiraf edibdir ki, Livan Hizbullah hərəkatı «Miron» hava bazasını hədəfə alıb.
Danyal Hanqari deyibdir ki, İsrail rejim ordusu bu hadisəni araşdırmaqdadır.
Hizbullah şənbə günü Həmas hərəkatının siyasi məsələlər üzrə sədr müavini Saleh Əl-Arurinin terror edilməsinə olan ilk cavabında altmış iki raketlə «Miron» hava bazasını darmadağın etdi ki, «Livanla hərtərəfli müharibə»dən qorxu sionist mediaların məlumatlarının əsas istiqamətinə çevrilsin və bütün analizlər «Təl-Əvivin çəkindiriciliyinin aradan götürülməsi» ilə başa çatsın.
İbridilli «Yediot Aharanot» qəzeti Təl-Əvivin hərbi orqanları və siyasi başçılarının sükutu altında «Miron» bazasına hücum barədəki reportajını bu cür başlayıb: Hizbullah tərəfindən yayılan video göstərir ki, bazanın iki bölməsi şiddətli tərzdə hədəfə alınıb və ciddi ziyan çəkibdir.