ABŞ-ın Yəmənə haqsız hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i407480-abŞ_ın_yəmənə_haqsız_hücumları_davam_edir
Məlumata görə, şənbə günü ABŞ Yəmənə qarşı növbəti hücumunu edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2024 10:09 Asia/Baku
  • ABŞ-ın Yəmənə haqsız hücumları davam edir

Məlumata görə, şənbə günü ABŞ Yəmənə qarşı növbəti hücumunu edib.

Bu haqda Yəmənin “əl-Məsirə” kanalı ABŞ və İngiltərənin koalisiya qüvvələrinin Yəmənin paytaxtı Sənaya yenidən hücum etdiyini açıqlayıb.

Əl-Məyadin şəbəkəsi də, Səna beynəlxalq hava limanı yaxınlığındakı “Əd-Deyləmi” bazasına raket hücumlarının olduğunu bildirib.

CENTCOM isə, bildirib ki, Yəmənə edilmiş yeni hücumlarda radar sistemlərindən biri hədəfə alınıb.

  Yəmənin müdafiə naziri Məhəmməd Nasir əl-Atifi ölkəsinə qarşı hücumlarla bağlı Amerika, İngiltərə və sionist rejimə ciddi xəbərdarlıq edib.

O, verdiyi açıqlamasında deyib: “Yəmən düşmənə qarşılıq verməyə hazırdır. Ordumuz Qırmızı və Mokran sularında üstünlüyünü saxlamağa davam edir”