ABŞ Hərbi Dəniz Qüvvələrinin yük gəmisi raketlə vurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i407830-abŞ_hərbi_dəniz_qüvvələrinin_yük_gəmisi_raketlə_vurulub
Yəmənin Ənsarullah Hhərəkatı Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə hücum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2024 08:00 Asia/Baku
  • ABŞ Hərbi Dəniz Qüvvələrinin yük gəmisi raketlə vurulub

Yəmənin Ənsarullah Hhərəkatı Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə hücum edib.

Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya "X" hesabında məlumat yayıb.

Bildirilib ki, “Ocean Jazz” yük gəmisi raketlərlə vurulub.

Hərəkat nümayəndəsi vurğulayıb ki, hücum ABŞ və Britaniyanın Yəmən ərazisinə etdiyi hücumlara cavabdır.

O, həmçinin qeyd edib ki, Yəmən ordusu Fələstin xalqına qarşı təcavüz və Qəzzə zolağının blokadası dayandırılana qədər İsrail gəmilərinin işğal olunmuş Fələstinin limanlarına daxil olmasının qarşısını almağa davam edəcək.