Yan 23, 2024 12:36 Asia/Baku

İnformasiya mənbələri bu gün səhər saatlarında Amerika və İngiltərənin Yəmənin paytaxtı Sənaya və ölkənin digər bölgələrinə qarşı yenidən hava və raket hücumları keçirdiklərini bildiriblər.

Əssəbəin rayonundakı "Əlhəfa" bazası və Səna əyalətində yerləşən «Bəni Əlharis» rayonundakı Əldəyləmi bazası dörd mərhələdə ABŞ və İngiltərə tərəfindən hücuma məruz qalıblar.

Deyilənlərə görə, Yəmənin cənub-qərbindəki Təiz əyalətində yerləşən Məqbənəh rayonundakı Əlbərəh bölgəsi də Amerika və İngiltərə qırıcılarının hücumlarına məruz qalıb.

Adı açıqlanmayan bir Amerika rəsmisi Qətərin Əlcəzirə telekanalı ilə müsahibədə iddia edibdir ki, Yəməndə bombardman edilən hədəflər, ballistik raket platformaları, pilotsuz uçuş aparatları və sursat anbarlarıdır.

Birləşmiş Ştatlarla İngiltərənin Sənaya qarşı hava və raket zərbələrinin fonunda qeyd edək ki, Yəmən "Ənsarullah" hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əlbuxəyti bu gün səhər saatlarında ABŞ-ın və onun müttəfiqlərinin bu ölkəyə qarşı hərbi təcavüzünün yeni mərhələsinə cavab olaraq, deyibdir ki, Yəmən silahlı qüvvələrinin sionist rejimə qarşı hücumları davam edəcək.

Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd-Əli Əlhusi də deyibdir ki, Amerika və İngiltərənin dəniz əməliyyatlarını dayandırmaq olan Yəmənə təcavüzdəki hədəfləri reallaşmayacaq.

Amerika və İngiltərə BMT Təhlükəsizlik Şurasının qətnamə qəbul etməsinin ardınca yanvarın on biri, səhər saatlarında Yəmən "Ənsarullah" hərəkatının mövqelərinə qarşı hücuma başladılar.

Bu hücumlar, Yəmən ordusunun Qəzzə zolağında Fələstin xalqının müqavimətini himayə istiqamətində ötən həftələrdə Qırmızı dənizdə və Babülməndəb boğazında sionist rejimin bir neçə gəmisi və ya işğal olunmuş ərazilərə gedən gəmiləri hədəfə almasından sonra edildi.

Yəmən ordusunun qüvvələri üzərlərinə öhdəlik götürüblər ki, İsrail rejiminin Qəzzəyə qarşı hücumlarını dayandırmayacağı zamana qədər Qırmızı dənizdə bu rejimin gəmilərinə və ya işğal olunmuş ərazilərə gedən gəmilərə qarşı hücumları davam etdirəcəklər.

Yəmən ordusunun qüvvələri vurğulayıblar ki, Ədən Körfəzində və Qırmızı dənizdə gəmiçilik digər gəmilər üçün azaddır və onlar tam təhlükəsizliyə malikdirlər.