Xunta Sionist rejim Beynəlxalq Ədalət Məhkəməsinin qərarından qəzəbləndi
Sionist rejimin ikiüzlü dairələri Beynəlxalq Ədalət Məhkəməsinin qərarından kəskin narazı qaldıqlarını iddia edərək, verilən qərarın rejimin beynəlxalq imicinə ciddi zərbə olduğunu bildiriblər.
Xatırladaq ki, cümə günü Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrikanın Qəzzədə törədilən soyqırıma görə sionist rejimə qarşı verdiyi şikayəti əsasında dərahal həll edici tədbirlərin görülməsinə dair xüsusi qərarın qəbul edildiyini elan edib.
Bu səəbdən, işğalçı İsrail rejiminin baş naziri qatil Benyamin Netanyahu Haaqa Məhkəməsinin Qəzzədə rejimin törətdiyi soyqırımın araşdırmaq qərarını heç vaxt silinməyəcək ləkə olduğunu deyib.
Daha sonra rejimin qatil başçısı haysızcasına bütün sionist məhbusların azad olunana qədər Qəzzədə müharibənin davam edəcəyini və fələstinlilərin qətliam ediləcəyini vurğulayıb.
Bundan əlavə, sionist rejimin müharibə naziri qatil Yoav Gallant Beynəlxalq Ədalət Məhkəməsinin bəyanatına hücum edərək Cənubi Afrikanın İsrail rejimini məhkəməyə verməsini antisemitizm kimi adlandırıb. O, Beynəlxalq Ədalət Məhkəməsinin Cənubi Afrika tərəfindən irəli sürülmüş İsrailin Qəzzədə soyqırım iddiası haqda qəbul etdiyi qərarın məhkəmənin öz öhdəliyindən kənar olduğunu və bundan daha pisinin isə, məhkəmənin ümumiyyətlə, şikayəti rədd etmədiyini deyib.
Daha sonra, Xunta rejimin Müharibə Naziri qatil Qallant, Qəzzədə müharibənin davam edəcəyini bir daha təkrarlayıb