Yan 29, 2024 18:05 Asia/Baku
  • Yəmən:

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bu gün səhər saatlarında ölkə donanmasının ABŞ gəmisini hədəfə aldığını elan edib.

Ədən körfəzində ABŞ-a aid "Lewis B Puller" adlı gəmiyə zərbə endirdiyini bildirən Yəhya Sari Yəmən donanmasının apardığı əməliyyatın Fələstin xalqına dəstək və eləcədə də Amerika və İngiltərənin ölkəsinə etdiyi təcavüzlərə cavab olduğunu elan edib.

Yəhya Səri sonda vurğulayıb ki, Yəmən silahlı qüvvələri sionist rejimin Qəzzə və Fələstin xalqına qarşı apardığı təcavüzlərə və mühasirələrə son verənədək Qırmızı dəniz və Oman dənizində rejim limanlarına istiqamət alan gəmilərin qarşısını almağa davam edəcəkdir. 

 

 

Teqlər