Yəmən qəsb olunmuş Fələstinin cənubuna qarşı raket hücumu keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i408068-yəmən_qəsb_olunmuş_fələstinin_cənubuna_qarşı_raket_hücumu_keçirib
Yəmən silahlı qüvvələrinin sözçüsü bildiribdir ki, bu ölkənin hava qüvvələri Fələstin xalqını himayə istiqamətində qəsb olunmuş Fələstinin cənubunda yerləşən Eylat limanındakı konkret obyektləri bir neçə ballistik raketlə hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2024 13:16 Asia/Baku
  • Yəmən qəsb olunmuş Fələstinin cənubuna qarşı raket hücumu keçirib

Yəmən silahlı qüvvələrinin sözçüsü bildiribdir ki, bu ölkənin hava qüvvələri Fələstin xalqını himayə istiqamətində qəsb olunmuş Fələstinin cənubunda yerləşən Eylat limanındakı konkret obyektləri bir neçə ballistik raketlə hədəfə alıblar.

Yəhya Sərii vurğulayıbdır ki, Yəmən bu ölkə xalqının, həmçinin ərəb və İslam ümmətinin istəklərinə cavab olaraq, Fələstin xalqı qarşısındakı humanitar, etik və dini vəzifələrinə əməl etməyi davam etdirəcək.

Sərii eyni zamanda bildiribdir ki, Yəmən silahlı qüvvələri Qəzzə zolağına qarşı blikadanın aradan qaldırılacağı və təcavüzlərin dayandırılacağı zamanadək dəniz və quruda sionist düşmənə qarşı daha çox əməliyyatlar keçirməkdə əsla tərəddüd etməyəcəklər.