Fev 04, 2024 12:50 Asia/Baku
  • ABŞ qüvvələrinin qovulması müzakirə olunacaq

İraq parlamenti ABŞ-ın bu ölkəyə endirdiyi zərbələri və onların nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək.

Bu məlumata görə, iclas yaxın günlərdə keçiriləcək və ABŞ-ın ölkədə təkrar hücumları ilə bağlı mövqe formalaşdırmağa imkan verəcək.

Deputatlar, həmçinin İraqın suverenliyinin koalisiya qüvvələri tərəfindən pozulmasına son qoyulması barədə müzakirələr aparacaqlar.

İraq hökuməti bu yaxınlarda Vaşinqtonla xarici hərbçilərin ölkədən çıxarılmasını koordinasiya etmək niyyətində olduğunu açıqlayıb.

Parlamentin bəyanatında vurğulanır ki, hazırda xarici hərbi mövcudluğu davam etdirməyə ehtiyac yoxdur və ABŞ və müttəfiq qüvvələrin ölkədə olması suverenliyə təhlükədir.

Qeyd edək ki, fevralın 3-də gecə saatlarında ABŞ Suriya və İraqa hava təcavüzü təşkil ediblər.