ABŞ və İngiltərənin hücumları cavabsız qalmayacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i408114-abŞ_və_İngiltərənin_hücumları_cavabsız_qalmayacaq
Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, təcavüzkarların hücumları cavabsız qalmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2024 09:39 Asia/Baku
  • ABŞ və İngiltərənin hücumları cavabsız qalmayacaq

Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, təcavüzkarların hücumları cavabsız qalmayacaq.

Yəhya Səri bu barədə deyib: “Amerika və Britaniya təcavüzkarları Səna şəhəri də daxil Yəmənin bir sıra şəhərlərini 48 dəfə bombardman ediblər. Bu cür hücumlar Yəmən xalqının sionist rejimin cinayətlərinə qarşı fələstinlilərə dəstəkdən əl çəkməsinə mane olmayacaq və təcavüzkarların hücumları cavabsız qalmayacaqdır”.

Yanvarın 21-i səhər saatlarında BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra ABŞ və Britaniya Yəmən ordusu və Ənsarullahın mövqelərinə hücuma başlayıb. Bu hücumlar Yəmən ordusunun Qəzzə zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq, Qırmızı Dəniz və Bab əl-Məndəb boğazında işğal olunmuş ərazilərə gedən bir neçə sionist gəmi və ya yük daşıyan gəmini hədəf almasından sonra həyata keçirilib.