Fev 05, 2024 15:57 Asia/Baku
  • ABŞ və İngiltərə yenidən Yəmənə təcavüz ediblər

Əlməyadin telekanalının müxbiri bu gün səhər saatlarında Sənadan xəbər veribdir ki, ABŞ və İngiltərə qüvvələri bir daha Yəmən torpağına qarşı təcavüzkar hücumlar keçiriblər.

Yerli mənbələr bu gün səhər saatlarında Yəmənin şimal-qərbində partlayış səslərinin eşidilməsindən xəbər veriblər.

Məlumatda deyilir ki, ABŞ və İngiltərə qüvvələri bir daha Yəmən torpağına qarşı təcavüzkar hücumlar keçiriblər.

Bu məlumata görə, Yəmənin şimalında yerləşən Səədə əyaləti indiyədək dörd, bu ölkənin qərbindəki Əlhudəydə əyaləti isə on bir dəfə hücuma məruz qalıblar.

Əlməyadin müxbirinin verdiyi izahata görə, Amerika və İngiltərənin Əlhudəydə əyalətinə hərbi təcavüzü Rəəs-İsa bölgəsi və Əlzəydiyyə şəhəri üzərində təmərküzləşib.

Məlumatın davamında deyilir ki, Rəəs-İsa bölgəsi səkkiz,  Əlzəydiyyə şəhəri iki, Əlhəvək bölgəsi isə bir dəfə hücuma məruz qalıblar.

Əlcəzirə telekanalı da xəbər veribdir ki, amerikan və ingilis qırıcılar həmçinin Səədə əyalətinin Baqəm bölgəsinə üç dəfə hücum ediblər.

Bundan öncə Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərii vurğulamışdı ki, bu hücumlar Yəməni Fələstin xalqını himayə istiqamətindəki insani, dini və etik mövqelərindən vaz keçdirməyəcək və cavabsız qalmayacaqdır.

Yəmən silahlı qüvvələri sionist rejimin Qəzzə zolağına qarşı hücumlarının şiddətlənməsinin ardınca bu rejimlə bağlı olan və ya işğal olunmuş Fələstinə gedən heç bir gəmiyə Qırmızı dənizdən və Babülməndəb boğazından keçmək icazəsi verməyiblər. Amerika da Təl-Əvivi himayə etməsinin davamında Yəmənin sionist gəmilərə qarşı əməliyyatlarının şiddətlənməsindən sonra Yəmən silahlı qüvvələri ilə mübarizə etmək üçün bir koalisiya yaradıb və indiyədək bir neçə dəfə bu ölkənin ərazisinə hərbi təcavüz edibdir