Fev 10, 2024 14:45 Asia/Baku
  • Müharibə maşını Sionist rejim fələstinlilərin qanını tökməkdən doymur

Müharibə maşını sionist rejim şənbə günü səhər saatlarında daha bir dəhşət saçan cinayətə əl atıb. Xunta rejim Qəzzənin cənubunda yerləşən Rəfəh şəhərinə hücum edərək 18 günahsız fələstinlini şəhid edilib.

“Əl-Cəzirə”nin verdiyi məlumata görə, Rəfəhın mərkəzi və şimal nahiyəsində yaşayış binasının bombalanması nəticəsində 18 nəfər şəhid olub, onlarla insan yaralanıb.

Ötən gün isə, qəddar sionist rejim ordusu Qəzzənin cənubundakı Xan Yunus şəhərinin bombalamış, nəticədə 12 fələstinli şəhid olmuşdur.

İsrail rejiminin dayanmaq bilməyən cinayətləri haqda xəbər verən Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qüdrət bildirib ki, rejim qüvvələri Xan Yunisdəki “Əməl” xəstəxanasına basqın ediblər.

 

Fələstin Səhiyyə Nazirliyinin Qəzzədakı sözçüsü açıqlamasında deyib ki, “Əməl” xəstəxanasına hücumun məqsədi sionist rejimin Qəzza zolağındakı bütün xəstəxanaların sıradan çıxarılması palnının bir parçasıdır.