Həsən Nəsrullah:
“Şübhəsiz Fələstin xalqı və müqavimət mütləq qələbə çalacaq”
Son dörd ayda üçüncü dəfə Beyruta səfər edən İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahian Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahla görüşüb.
Livan Hizbullahının baş katibi Əmir Abdullahian ilə görüşündə qələbənin Fələstin xalqı və müqavimətlə olduğunu bildirərək, İslam İnqilabının Ali Məqamlı rəhbərinin Qəzzə məsələsindəki həlledici tədbirlərinin mükəmməl olduğunu və bunun təkrar olunmaz həkimanə addım hesab etdiyini qeyd edib.
Seyid Həsən Nəsrullah müqaviməti regional güc balansında mühüm yer tutuduğunu, Fələstin xalqı və müqavimətin tam qələbə çalacağını vurğulayıb.
İran İslam Respublikasının Xarici İşlər Naziri bu görüşdə Fələstin müqavimətinin həm müqavimət yolunda, həm də siyasi qəraraların verilməsində tam ixtiyar sahibi olduğunu bildirib.
İranın xarici işlər naziri bu gün Beyrutda Nəcib Miqati ilə də görüşüb.
Görüşdə Fələstin müqavimətə dəstək verdiyinə görə Livana və baş nazirə təşəkkürünü bildirən İran Xarici İşlər Naziri Əmir Abdullahian İran İslam Respublikası hər zaman olduğu kimi Fələstin müqavimət hərakatını dəstəkləyəcəyini vurğulayıb.
İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahian Beyrut səfərində İslami Cihad Hərəkatının baş katibi, HƏMAS Hərəkatının liderlərindən olan Üsamə Həmdan və Fələstinin Azadlıq Cəbhəsinin baş katibinin müavini Cəmil Məzhərlə də görüşüb.
Bu görüşdə müqavimət qruplarının liderləri Qəzzədə son vəziyyət və elcəcə də İslam müqavimətinin və Fələstin xalqının son 4 aydakı mübarizəsi haqda müzakirələr aparılıb.
Danışıqda Müqavimət liderləri bildiriblər ki, zaman müqavimətin xeyrinədir və sionist düşmən artan daxili və beynəlxalq təzyiqlər altında iddia etdiyi heç bir məqsədinə nail olmayıb.
Qeyd edək ki, İran Xarici İşlər Nazirinin növbəti səfəri Dəməşq və Dohaya olacaq.