Fev 14, 2024 15:15 Asia/Baku
  • Təl-Əvivdə etirazçılar rejimin Müharibə Nazirliyinin qarşısına toplaşdı

Təl-Əvivdə etirazçılar rejimin Müharibə Nazirliyinin qarşısına toplaşaraq Qəzzədə müharibənin davam etməsinə, xüsusən də Rəfəhə aparılan hücumlara qarşı olduqlarını bildiriblər.

Qeyd edək ki, Netanyahuya qarşı keçirilən bu aksiya rejimin baş naziri Benyamin Netanyahunun Mossad və Şabakın (Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı) HƏMAS ilə razılaşma təklifini rədd etməsi barədə yayılan xəbərlərdən sonra baş verib.

Razılaşdırılması planlaşdırılan təklifdə HƏMAS sionist rejimin hücumlarının tamamilə dayandırılmasını və əsgərlərinin Qəzzədən çıxarılmasını tələb edib.

Lakin bununla belə, Qatil Benyamin Netanyahu rejim ordusuna həm Rəfəh istiqamətində sığınacaq tapmış mülki əhalinin təxliyəsinə, həm də HƏMAS qüvvələrinin məğlubiyyətinə yönəlmiş hücumların davam etməsinə göstərişlər verib. Şübhəsiz xunta rejimin bu addımı bölgədə müharibə alovunun daha da qızışdırmasına səbəb olacaq.

Eyni zamanda, bir çox ölkələr və beynəlxalq qurumlar, insan haqları təşkilatları Qəzzə əhalisinin yarıdan çoxunun sığındığı həmin Rəfəh şəhərinə hücumun fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq ediblər.

BÜtün xəbərdarlıqlara baxmayaraq, İsrail döyüş təyyarələri bazar ertəsi səhər saatlarında Rəfəh şəhərinin mərkəzində Fələstin Qızıl Aypara Cəmiyyətinin qərargahı yaxınlığındakı yaşayış evlərini hədəfə alıb. Bu namərdcəsinə aparılmış hücumda 100-dən çox fələstinli şəhid olmuş, 230-dan çoxu isə, yaralanmışdır.

 

Teqlər