Fev 23, 2024 18:23 Asia/Baku
  • Sionist rejim Qəzzədə soyqırımı davam etdirməkdə israrlıdır

HƏMAS hərəkatı bir bəyanat yayaraq, bildirib ki, sionist rejimin Qəzzə zolağında mülki insanlara qarşı davam edən təcavüzü bu rejimin soyqırım və etnik təmizləmə cinayətini davam etdirməkdə israrlı olmasının göstəricisidir.

HƏMAS hərəkatının cümə günü yayılan bəyanatında deyilir: "Sionist düşmən Qəzzə zolağında vətəndaşların evlərini vəhşicəsinə bombalamağa davam edir. Hansı ki, sonuncusu cümə axşamı günü Qəzzənin mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində yaşayış məhəlləsini hədəfə alan və çoxu qadın və uşaq olmaqla qırxa yaxın mülki vətəndaşın şəhid olması ilə nəticələnən vəhşi bombardman idi. Bu təcavüz rejimin fələstinlilərə qarşı soyqırım və etnik təmizləmə cinayətini davam etdirməkdə israrlı olmasına dəlalət edir". 

HƏMAS hesab edir ki, sionist düşmənin Qəzzədə mülkilərə qarşı təcavüzlərinin davam etməsi işğalçı rejimin Beynəlxalq Ədalət Məhkəməsində ona qarşı iddialara əməli cavabını ifadə edir, beynəlxalq ictimaiyyətə onun beynəlxalq qanunlara və insani dəyərlərə əhəmiyyət verməyən üsyankar bir rejim olduğunu təsdiqləyir.

Bu bəyanatda HƏMAS dünyadakı insan haqları qurumlarını cinayətkar rejimin gecə-gündüz törətdiyi cinayətləri sənədləşdirməyə, onu və nasist liderlərini uşaqlara və müdafiəsiz mülki insanlara qarşı törətdikləri dəhşətli qətllərə görə mühakimə etməyə və bu rejimin ABŞ administrasiyasının yaşıl işığı ilə pozduğu insani dəyərləri qorumağa çağırıb.