Fev 25, 2024 14:01 Asia/Baku
  • Yəmən ordusu ABŞ-ın hərbi gəmilərinə hücum edib

Yəmən silahlı qüvvələri Amerikanın Yəmən torpağına qarşı təcavüzünə cavab olaraq, həmçinin Fələstin xalqına dəstək istiqamətində bir hərbi əməliyyatda Amerikaya məxsus olan bir neft tankeri və bir qrup hərbi gəmini hədəfə alıblar.

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərii bu gün səhər saatlarında yaydığı bəyanatda bildiribdir ki, Yəmən dəniz qüvvələri bir neçə münasib dəniz raketi ilə Ədən Körfəzində “TORM THOR” tipli amerikan gəmisini hədəfə alıblar.

O, vurğulayıb: Qırmızı dənizdə də Amerikanın bir sıra hərbi gəmisi Yəmən aviasiya qüvvələri pilotsuzlarının hücum hədəflərinə çevrilib. Bu hücumlar Yəmən xalqının məzlum Fələstin xalqına dəstək və yardım üzrə xahişlərinə, eləcə də Amerika və İngiltərənin Yəmən ərazisinə qarşı təcavüzkarlıqlarına cavab olaraq həyata keçirilib.

Yəmən silahlı qüvvələrinin sözçüsü bu bəyanatda sonra bildiribdir ki, Yəmən silahlı qüvvələri Qırmızı və Ərəb dənizlərində düşmən hədəflərinə qarşı xüsusi əməliyyatlarını genişləndirməklə, həmçinin Yəmən ölkəsi və xalqı, eləcə də İslam Ümmətini müdafiə etmək üçün Amerika və İngiltərənin hücumlarının şiddətlənməsilə mübarizə aparacaqlar.

Bəyanatda vurğulanıb ki: Silahlı qüvvələr böyük Yəmən xalqı ilə yanaşı, Fələstin xalqı qarşısında öz dini, əxlaqi və insani vəzifələrinin icrasını davam etdirəcəklər.

Yəmən silahlı qüvvələrinin hərbi əməliyyatları/ yalnız sionist rejim ordusunun Qəzzə zolağında Fələstin xalqına qarşı hücum və təcavüzkarlıqları, həmçinin bu zolağa qarşı qəddarcasına blokadasına son qoyulacağı təqdirdə başa çatacaq- bəyanatda deyilir.