Sionist rejimin nümayəndə heyəti danışıqlar üçün Qətərə səfər edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i408764-sionist_rejimin_nümayəndə_heyəti_danışıqlar_üçün_qətərə_səfər_edib
Sionist media rejimin bir qrup heyətinin Qəzzədə əsirlərin mübadiləsini müzakirə etmək üçün bazar ertəsi Qətərə səfəri barədə məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2024 13:45 Asia/Baku
  • Sionist rejimin nümayəndə heyəti danışıqlar üçün Qətərə səfər edib

Sionist media rejimin bir qrup heyətinin Qəzzədə əsirlərin mübadiləsini müzakirə etmək üçün bazar ertəsi Qətərə səfəri barədə məlumat yayıb.

“Yediot Aharonot” qəzeti MOSSAD və ŞABAK-dan ibarət heyətin bazar ertəsi Qətərin paytaxtı Dohaya gələrək əsirlərin mübadiləsi sazişinin detalları ilə bağlı Qətər vasitəçiləri ilə danışıqlara başlayacağını bildirib.

Dohada baş tutacaq danışıqlarda mümkün razılaşma ilə bağlı məsələlər, o cümlədən azad ediləcək israilli əsirlərin adlarının siyahısı, azad ediləcək fələstinli məhbusların adları, atəşkəs şərtləri, o cümlədən Qəzzə zolağından sionist hərbi qüvvələrin geri çəkilməsi və əhalinin məhdud şəkildə cənubdan şimala qayıtması ilə bağlı müzakirələr aparılacaq.

Bu arada, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ötən gün verdiyi müsahibədə İsrail rejim və vasitəçi tərəflər arasında HƏMAS-ın nəzarətində olan sionist əsirlərin azad edilməsi müqabilində müvəqqəti atəşkəsin bərpa edilməsinə dair razılaşmanın əldə edildiyi haqda məlum verib.

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Qətər və Misirin HƏMAS ilə dolayı danışıqlar aparmasını və məhbusların azad edilməsinə HƏMAS-ın razılıq verməli olduqlarını bildirib.