Livan Hizbullahı sionist rejimin bazalarını hədəfə alıb
Livan Hizbullahı qatil sionist rejimin işqal altındakı Şəba fermalarında yerləşən Əl-Rəmsa və Zəbdindəki mövqelərini və hərbi bazalarını raketlə hədəfə alıb.
ŞAHAB xəbər agentliyinin məlumatına görə, Livan Hizbullahının cümə axşamı günü həyata keçirdiyi raket hücumlarının sionist rejim ordusunun "Beyt Lif" və "Ramiya" qəsəbələri və Livanın cənubundakı "Bent Cbeil" və "Əynata" bölgələrinə artilleriya hücumlarına cavab olduğu bildirilib.
Eyni zamanda sionist rejim mediası İsrail ordusunun Hayfa körfəzində müdafiə sisteminin işə düşməsi və səmada şübhəli obyektin aşkarlanmasından sonra partlayış səsinin eşidilməsi barədə məlumat yayıb.
Sionist rejim mətbuatının məlumatına görə, ilk dəfədir ki, Hayfa körfəzində təhlükə siqnalı eşidilir.
“Əl-Məyadin” telekanalı da sionist rejim ordusuna məxsus pilotsuz təyyarənin Livanın cənubundakı Əl-Ləbunə şəhəri yaxınlığında yerə düşməsi barədə məlumat yayıb.
Bundan əvvəl də Livan İslami Müqaviməti sionist rejim ordusunun işğal olunmuş Fələstinin şimalında yerləşən "Cəlul Əlam" bazasını ən azı 10 raketlə hədəfə almışdı.