Mart 07, 2024 16:53 Asia/Baku
  • Yəmən ordusu Ədən körfəzində Amerikanın “True Confidence” gəmisinə hücum edib

Yəmən ordusu Fələstin xalqına dəstək və sionist rejimin Qəzzədə davam edən cinayətlərinə növbəti cavab əməliyyatında Ədən körfəzində Amerika gəmisini raketlərlə hədəfə alıb, nəticədə 3 nəfər öldürülüb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri çərşənbə günü bildirib ki, Qırmızı dənizdə  Amerikanın iki hərbi gəmisi hədəfə alınıb. 

Yəhya Səri deyib: "ABŞ-ın "True Confidence" gəmisi bir sıra uyğun dəniz raketləri ilə vurulub və “dəqiq zərbə” nəticəsində gəmi alova bürünüb. 

Səri əlavə edib: "Yəmən Silahlı Qüvvələri məzlum Fələstin xalqını himayə etmək üçün öz dini, insani və əxlaqi vəzifəsinə əməl edir və Qəzzəyə qarşı təcavüz və bu bölgənin mühasirəsi sona çatana qədər Qərmızı dəniz və Ədən körfəzində İsrail rejimi gəmilərinə və ya işğal olunmuş ərazilərə gedən gəmilərə hücum davam edəcək". 

Çərşənbə günü günortadan sonra ABŞ Mərkəzi Komandanlığı "CENTCOM" verdiyi bəyanatda ABŞ-ın "True Confidence" gəmisinə hücumu təsdiqləyərək, hücum nəticəsində üç nəfərin öldüyünü, daha dörd ekipaj üzvünun yaralandığını, üç nəfərin vəziyyətinin ağır olduğunu və gəmiyə əhəmiyyətli ziyan dəydiyini bildirib. 

Teqlər