Mart 16, 2024 13:08 Asia/Baku
  • Müqavimət sionist rejimin hərbi karvanina hücum edib

Fələstin müqavimət qrupları sionist rejimin hərbi karvanına hücum ediblər

Müxtəlif fələstinli qruplar dünən gecə sionist rejimin hərbi karvanını hədəfə alıb və bu rejimin hərbi avtomobilləri və təchizatlarına ağır xəsarətlər vurublar.

İzzəddin Əlqəssam batalyonları bu haqda bildiribdir ki: Qəzzə zolağının cənubunda yerləşən Xan Yunus bölgəsinin Həməd şəhərində keçirilən bu əməliyyatda sionist rejim ordusunun bir transportyoru və bir «Merkava» tipli tankı «Tandom» və «Yasin yüz beş» zirehə qarşı raketləri ilə hədəfə alınıb və məhv ediliblər.

Digər tərəfdən, Ələqsa şəhidləri batalyonları bildiriblər ki, Qəzzə zolağının mərkəzi əyalətinin şimal-qərbində yerləşən Əl-Zəhra şəhərində İsrail rejiminin iki zirehli avtomobilini RPG qumbaraları ilə hədəfə alıblar. Əl-Qüds bölükləri də sionist rejimin zirehli avtomobillərini hədəfə alıblar.

Bölüyün döyüşçüləri Əl-Zəhra şəhərinin şimalında sionist işğalçılarınbir qrup zirehli avtomobilini zirehə qarşı raketlərlə hədəfə alıblar.Onlar sionist qüvvələrdən bir qrupu ilə də çox yaxın məsafədəntoqquşublar.