Mart 16, 2024 16:46 Asia/Baku
  • Məzlum Fələstin xalqına beynəlxalq dəstəklər

Müxtəlif ölkələrin xalqları aksiyalar keçirməklə məzlum Fələstin xalqına öz dəstəklərini elan ediblər.

Yəmən xalqı dünən- mübarək ramazan ayının ilk cüməsinə bu ölkənin paytaxtı Sənada sionist rejimə qarşı milyonluq aksiyada şövqlü iştirakla başlayıb.

Yəmənli iştirakçılar bu anti-sionist aksiyada bir səslə və vahid şəkildə «Amerikaya ölüm!» və «İsrailə ölüm!» şüarları verib, məzlum Fələstin xalqına dəstəyin davam etdirilməsinə təkid ediblər.

Belə bir halda, Bəhreyn xalqı da dünən cümə namazı qıldıqdan sonra Əldiraz bölgəsində aksiya keçirib. Fələstin xalqı və Qəzzə əhalisinə öz dəstəklərini elan edən bəhreynli aksiyaçılar sionist rejimin Fələstin xalqına qarşı hücumlarının davam etməsini pisləyiblər.

Əllərində, üzərlərində Qəzzə əhalisinə dəstək şüarları yazılmış plakatlar və Fələstin bayrağı tutan bəhreynli iştirakçılar bu nümayişdə sionist rejimlə münasibətlərin normallaşdırılması əleyhinə şüarlar veriblər.

Dünən İordaniyanın paytaxtı- Əmman da məzlum Fələstin xalqını himayə istiqamətində geniş anti-sionist nümayiş səhnəsi olubdur.

Əmmanlı iştirakçılar bu aksiyada Fələstin müqaviməti rəhbərlərinə dəstək istiqamətində şüarlar veriblər. Onlar Fələstin xalqı və Qəzzə əhalisinə öz dəstəklərini elan ediblər.

Amerikanın Nyu-York şəhərində isə «Nyu-York Tayms» qəzetinin Qəzzə müharibəsini qərəzli şəkildə əks etdirməsinə etiraz olaraq, aksiya keçirilib.

Aksiyaçılar sözügedən qəzetin bugünkü nömrəsinin çapxanadan çıxmasının qarşısını alıblar.