ÜST Qəzzədə atəşkəsin dərhal həyata keçirilməsini tələb edib
Ümumdünya Səhiyyə Təşkilatının drektoru Tedros Adhanom Qebreyesus Qəzzədə dərhal atəşkəsin bərpa edilməsi ilə bağlı Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsinə çağırıb.
Qəzzədə təxminən 6 ay çəkən faciəvi hücumlardan sonra BMT Təhlükəsizlik Şurası, nəhayət, davamlı atəşkəsə nail olmaq üçün Ramazan ayında Qəzzədə dərhal atəşkəsin bərpa edilməsini tələb edən qətnamə qəbul etdi.
Bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus “X” hesabında qətnamənin qəbulundan sonra, müqəddəs Ramazan ayının sonuna qədər atəşkəs və Qəzzədə israilli əsirlərin azad edilməsini tələb edən son qətnamənin dərhal icrasına çağırıb.
Bundan başqa, Ursula fon der Leyen də BMT Təhlükəsizlik Şurasının Qəzzədə dərhal atəşkəs və bütün əsirlərin azad edilməsini tələb edən qətnamənin qəbulunu alqışlayıb. “Bu qətnamənin icrası olduqca həyati daşıyır”- Avropa Komissiyasının rəhbəri əlavə edib.
İspaniyanın baş naziri Pedro Sançes də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə reaksiya olaraq bildirib ki, BMT-nin qətnaməsi İspaniyanın münaqişə başlayandan bəri müdafiə etdiyi mövqeyidir
Bu arada, Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia adı çəkilən qətnamə ilə bağlı deyib: “Moskva ümid edir ki, Təhlükəsizlik Şurasının Qəzzədə atəşkəsin bərpasını tələb edən qətnaməsi, İsrailin fələstinlilərə qarşı qeyri-insani hərəkətlərini qızışdırmaq əvəzinə, sülhün xeyrinə tamamlanacaq.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin Qəzzədə dərhal atəşkəsin yaradılmasına dair təqdim etdiyi qətnamənin qəbuluna Şuranın 15 üzvündən 14-ü lehinə səs verib.
Amerika Birləşmiş Ştatları bu şuranın daimi üzvü olaraq bitərəf qaldı və beləliklə, Qəzzədə atəşkəsin yaradılması haqqında qətnamə təsdiq olundu.
Qeyd edək ki, ABŞ bundan əvvəl atəşkəslə bağlı üç qətnaməyə veto qoymuşdu. Amma bu dəfə Təhlükəsizlik Şurasının daimi üzvlərinin etirazı olmadığı üçün bu qətnamə heç bir maneə olmadan təsdiqləndi.