Yəmən qüvvələri Qəzzəyə dəstəklərini davam etdirəcəklər
US SENTCOM dörd Yəmən PUA-sının bir amerikan gəmiyə tərəf buraxıldığını bildirib
Amerika Mərkəzi Komandanlığı- US SENTCOM bu gün səhər saatlarında iddia edibdir ki, yəmənli qüvvələrin Qırmızı dənizdə bir amerikan gəmiyə tərəf buraxdıqları uzaqmənzilli dörd pilotsuz uçuş aparatını məhv edibdir.
US SENTCOM «X» sosial şəbəkəsində bildiribdir ki, Amerika və ya koalisiya gəmiləri tərəfindən maddi və bədən xəsarətləri barədə heç bir məlumat daxil olmayıb.
Amerika və İngiltərə/ beynəlxalq gəmiçiliyi qorumaq bəhanəsilə yəmənli qüvvələrin mövqelərinə qarşı bir neçə dəfə hücum ediblər, amma bu hərəkətlər beynəlxalq ekspertlərin faktlarına əsasən, Qırmızı dənizdə sionist rejimin tabeliyində olan gəmilərə qarşı hücumları aradan qaldıra və çəkindiricilik yarada bilməyibdir.
Avropa Birliyi də Qırmızı dənizdə «Aspides» adlı bir dəniz tapşırığı təşkil/ və iddia edibdir ki, bu əməliyyat, yalnız müdafiə məqsədli olacaq.
Yəmən silahlı qüvvələri ötən aylar ərzində Qəzzə əhalisinə dəstək istiqamətində Qırmızı dənizdə, Hind Okeanında və Babulməndəb boğazında sionist rejim gəmilərini və ya işğal olunmuş ərazilərə gedən və həmin rejimə yük daşıyan gəmiləri hədəfə alıblar.
Yəmən silahlı qüvvələri üzərlərinə öhdəlik götürüblər ki, İsrail rejiminin/ Qəzzə zolağına qarşı hücumları və bu bölgə əhalisi əleyhinə qırğını durdurmayacağı zamanadək Qırmızı dənizdə həmin rejim gəmilərinə və ya işğal olunmuş ərazilərə gedən və həmin rejimə yük aparan gəmilərə, eləcə də sionist rejimə dəstək verən koalisiya qüvvələrinin gəmilərinə qarşı hücumları davam etdirəcəklər.