Sionist rejim və onun müttəfiqləri hədəfdə
Yəmən ordusu Birtaniya və İsrail gəmilərini vurdu
Apr 08, 2024 12:29 Asia/Baku
Ənsarullah hərəkatı Qırmızı dənizdə Britaniya gəmisinə, həmçinin Hind okeanı və Ərəbistan dənizində iki İsrail gəmisinə raket zərbələri endirib.
Hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bu barədə bildirib: “Qüvvələrimiz Qırmızı dənizdə əməliyyat keçirərək, Britaniyanın "Hope Island" gəmisinə gəmi əleyhinə raketlərlə hücum edib. Eyni zamanda, işğal altındakı Fələstinin limanlarına gedən iki İsrail gəmisinə qarşı da əməliyyat keçiriblər.
Onun sözlərinə görə, Ənsarullah qüvvələri Hind okeanı və Ərəbistan dənizində "Grace F" və "Gina" ticarət gəmilərinə hücum ediblər. Əməliyyat zamanı hədəflərinə uğurla çatan bir neçə ballistik və qanadlı raketlər buraxılıb.