Yəmənli mübarizlərin şöhrəti sərhədləri aşır
Duqin: Yəmən İslam dünyasının şərəfini qoruyur
Yəmən Qərbin hegemonluğuna meydan oxumaqla yanaşı, əslində ona qarşı mübarizə aparan ən mühüm mərkəzlərdən birinə çevrilib.
Bu açıqlama ilə məşhur rusiyalı filosof, Avrasiya Hərəkatının banisi Aleksandr Duqin çıxış edib.
Kremlin ideoloqu deyib: “Yəmən hər gün geosiyasi oyun lövhəsində mühüm yerlər qazanır. Yəmən altı aydır əzab çəkən müdafiəsiz insanların mənəvi mərkəzinə çevrilib.
Duqin qeyd edib ki, yəmənlilər, Qırmızı dəniz bölgəsindəki hərbi əməliyyatlarla İslam cəmiyyətinin şərəfini xilas etdi və geosiyasi sistemi dəyişməyi bacardı.
O, həmçinin Rusiyanın ABŞ və Qərbə qarşı müharibəsini Fələstin və Yəməndəki vəziyyətlə əlaqələndirərək deyib: “Rusiya və Yəmən qlobal canavarla mübarizə aparan iki gücdür, biz hamını bu müharibəyə qoşulmağa çağırırıq. Yəmən xalqı bütün müsəlmanların və dünyanın ləyaqətini qoruyur və inanıram ki, indi Yaxın Şərqdəki müqavimət qüvvələrinin qabaqcılları və liderləridir”.