Yəmən ordusu Amerika və İsrail rejimi gəmilərini hədəfə aldı
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri sionist rejim və ABŞ gəmilərinə çoxsaylı hücumlardan xəbər verib.
“Ölkə donanması 4 hərbi əməliyyatda Ədən körfəzində Amerika və sionist gəmilərini hədəfə alıb”-briqada generalı Yəhya Səri deyib.
Yəmən silahlı qüvvələrinin sözçüsü verdiyi açıqlamada bildirib ki, ilk əməliyyatda "M. S. C. Darvin” və “M. S.C GINA” adlı iki sionist gəmisi Ədən körfəzində hədəfə alınıb. İkinci əməliyyatda Amerikanın “Maersk Yorktown” gəmisinin həmin körfəzdə Yəmən qüvvələrinin hədəfinə tuş gəldiyini açıqlayıb.
Bu açıqlamaya əsasən, Yəmən ordusu Ədən körfəzindəki aparılmış əməliyyatların davamında bir Amerika döyüş gəmisi PUA-larla hədəfə alıb.
Yəhya Səri digər bir əməliyyata da toxunaraq bir neçə gəminin müvafiq raket və pilotsuz təyyarələrlə hədəf alındığını bildirib.
“Qəzzəyə qarşı hücum və mühasirə bitənə qədər Qırmızı dəniz, Ərəbistan dənizi və Hind okeanında İsrail gəmilərinin keçməsinə mane olacağıq”- Yəmən silahlı qüvvələrinin sözçüsü vurğulayıb