Apr 26, 2024 15:18 Asia/Baku
  • New York Times: İsrail ordusu qəsdən yardım işçilərini hədəfə alır

“New York Times”ın araşdırması göstərir ki, sionist rejim Qəzzə zolağında Qərbin yardım agentliklərinə aid saytları onlara məlumat verməsinə baxmayaraq, qəsdən hədəfə alır.

New York Times qəzeti yazır: “Qəzzə zolağında Qərbin yardım təşkilatlarına aid saytlar hətta İsrail ordusuna onların mövcudluğu barədə məlumat verildikdən sonra da bombalanır”.

Bununla bağlı xəbər mənbələri ötən aşam sionist rejimin Qəzzə şəhərində humanitar yardımların təmini və paylanmasına cavabdeh olan komandaya hava hücumu nəticəsində 8 nəfərin şəhid olduğunu bildiriblər.

Qeyd edək ki, 2024-cü il aprelin 1-də sionist rejim Qəzzədə “Qlobal Mərkəzi Mətbəx” qeyri-hökumət təşkilatının maşınına hücum edərək, bu təşkilatın 7 yardımçısını qətlə yetirib. Onların fələstinli sürücüsü də bu hadisədə həlak olub.

Bu arada Qəzzənin mərkəzindəki “Deyr əl-Bələh” şəhərindəki Əl-Əqsa Şəhidləri Xəstəxanasında ölən 5 nəfərin cəsədlərinin şəkilləri dərc edilib və onlardan bəzilərinin üzərində xeyriyyə loqoları olan paltarlar olub.

Təşkilatın açıqlamasında ölənlərin avstraliyalı, polşalı, kanadalı amerikalı, britaniyalı və fələstinli olduğu bildirilir.