Apr 26, 2024 18:13 Asia/Baku
  • Ənsarullah Ədən körfəzində bir sionist gəmini hədəfə alıb

Yəmən silahlı qüvvələrinin dəniz qüvvəsi Ədən körfəzində bir sionist rejim gəmisini hədəfə alıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii bu haqda belə deyib: Fələstin xalqının məzlumluğuna kömək, həmçinin Amerika və İngiltərənin ölkəmizə qarşı təcavüzlərinə cavab istiqamətində Yəmən silahlı qüvvələrinin dəniz qüvvəsi Allah-Taalanın lütfkarlığı ilə Ədən körfəzində “MSC Darwin” adlı bir sionist rejim gəmisini bir neçə PUA və münasib dəniz raketi ilə hədəfə alıb. Allah-Taalanın köməkliyi ilə bu əməliyyat uğurla öz məqsədlərinə çatıb.

Raket qüvvəsi Allah-Taalanın köməkliyi ilə qəsb olunmuş Fələstinin cənubundakı Ummulrəşraş bölgəsində yerləşən sionist düşmənin hədəflərinə tərəf bir neçə ballistik və qanadlı raket atıb- deyə, Əlsərii bildirib.

Yəmən silahlı qüvvələri Qırmızı dənizdə, Ərəb dənizində və Hind Okenanında işğalçıların limanlarına tərəf üzən gəmilər də daxil omaqla İsrail rejiminin dənizçiliyini əngəlləmək yolu ilə Fələstin xalqına yardım istiqamətindəki əməliyyatını davam etdirməyə təkid edir. Bu qüvvələr həmçinin sionist düşmənin işğal olunmuş Fələsindəki hədəflərinə qarşı daha çox hərbi əməliyyat keçirməyi davam etdirəcək və bu əməliyyatlar Qəzzə zolağında Fələstin xalqına qarşı blokadanın götürülməyəcəyi və təcavüzlərin dayandırılmayacağı zamanadək davam edəcək.