Rəfəhə hücum sionist rejimdə siyasi toqquşmaya çevrilib
Həmas liderlərindən olan Üsamə Həmdan vurğulayıbdır ki, bu hərəkatın hərbi qolu işğalçılığın davam edəcəyi zamanadək mövcud olmaqda davam edəcək və Fələstin ölkəsi yaradıldıqdan sonra onun barəsində qərar çıxaracağıq.
Həmdan deyib: Müştərək bəyanatlar verən ölkələr yaxşı olardı ki, Qəzzədə müharibənin dayandırılması üçün real hərəkətə keçsinlər.
Üsamə Həmdan vurğulayıb: Qəzzədə müharibənin dayandırılması qaydasına əsasən, fövqəladə hökumətin təşkili istiqamətində fələstinli qruplarla birgə layihə təqdim etmişik.
Həmdan söyləyib: Biz qəsb olunmuş ərazilərin azad və müstəqil Fələstin ölkəsinin təşkil edilməsi layihəsi ilə bağlı fələstinlilərin birliyi üzrə həqiqi fürsət qarşısındayıq.
O, əlavə edib: Rəfəh əməliyyatı İsrail rejimi üçün bir hərbi hərəkət formasından siyasi bir qarşıdurmaya çevrilib.