Apr 27, 2024 13:55 Asia/Baku
  • Yəmən sahillərinin yaxınlığında bir gəmi hədəfə alınıb

«İngiltərə dəniz əməliyyatı» agentliyi bildiribdir ki, Yəmən sahillərinin yaxınlığında bir gəmi azı iki raketlə hədəfə alınıb və zərər çəkib

Bu dəniz təhlükəsizliyi agentliyi qeyd edibdir ki: Hadisə Yəmənin Muxa limanının sahilləri yaxınlığında baş verib və indiyədək bir kəs onun məsuliyyətini üzərinə götürməyibdir.

Ondan qabaq İngiltərənin «Ambri» dəniz təhlükəsizliyi şirkəti xəbər vermişdi ki, Muxa sahillərində bir hücum baş verib.

Yəmən silahlı qüvvələri ötən aylarda Qəzzə əhalisinə dəstək istiqamətində Qırmızı dənizdə, Hind Okeanında və Babulməndəb boğazında sionist rejimin bir neçə gəmisini və ya bu rejim üçün mal daşıyan və işğal olunmuş ərazilərə gedən gəmiləri hədəfə alıblar.

Yəmən silahlı qüvvələri üzərlərinə öhdəlik götürüblər ki, İsrail rejiminin Qəzzə zolağına qarşı hücumları və bu bölgə əhalisinə qarşı qırğını dayandırmayacağı zamanadək Qırmızı dənizdə sözügedən rejimin gəmiləri və ya işğal olunmuş ərazilərə gedən gəmilər, yaxud da sionist rejimi himayə edən koalisiya qüvvələrinin gəmiləri əleyhinə hücumları davam etdirəcəklər.