Amerikan bazalara qarşı hücumların bərpasının səbəbləri
Amerika ilə müqavimət qrupları arasında yazılmamış atəşkəsin Amerika tərəfindən pozulması ilə, bu ölkənin Suriya və İraqdakı bazalarına qarşı yeni hücumlar başlanıb.
Suriyanın şərqində yerləşən Xərab-əl-Cir amerikan baza üç raket və bir ədəd PUA, amerikalılar tərəfindən yaradılmış Əl-Ömər neft yatağı bazası isə dörd raketlə hədəfə alınıb. İraqdakı Əynuləsəd bazası da bir neçə raket hədəfinə çevrilibdir.
Amerikalıların bazalarına qarşı yeni hücumların fonunda qeyd edək ki, təqribən üç ay bundan əvvəl hücumların dayandırılması üçün Amerika ilə müqavimət qrupları arasında yazılmamış razılaşma əldə olunmuşdu. Əslində, bu, fevralın əvvəllərindən bəri amerikalı qüvvələrə qarşı ilk hücumdur, zira İraqdakı silahlı qüvvələr o zamandan bəri amerikalı hərbi personala qarşı hücumlarını dayandırmışdılar.
Bu hücumlar müdafiə mahiyyətinə malikdirlər və amerikalıların İraq müqavimətinə qarşı hərəkətlərinə cavab olaraq həyata keçirilib. Sözügedən hücum ötən şənbə gününün əvvəllərində İraqdakı Kalso kazarmasında baş verən dəhşətli partlayışdan və Əlhəşduşşəbi qüvvələrinin üzvlərindən birinin şəhid olmasından bir gün sonra baş veribdir.
Əlhəşduşşəbi qərargahının sədri Əbdüləziz Əlməhəmmədavi partlayışın bir hücumdan irəli gəldiyini bildirib. Buna görə, müqavimət qruplarının amerikan bazalara qarşı yeni hərəkəti müqavimətin/ Amerikanın Kalso bazasına qarşı hücumuna və yazılmamış atəşkəsin pozulmasına reaksiyasıdır.
Üçüncü cəhət budur ki, yeni hücumlar amerikalı hərbçilərin İraqdan çıxmaları üçün Bağdadla Vaşinqton arasındakı müzakirələrdə irəliləyişin olmamasına da reaksiya idi.
Müqavimət qrupları amerikalı hərbçilərə qarşı öz hücumlarını dayandırdıqdan sonra gözləyirdilər ki, hökumət amerikalı hərbçilərin İraqdan tam şəkildə çıxmaları üzrə müzakirələri təqib edəcək, amma bu müzakirələr bir nəticə vermədi.
Məlumatlara əsasən, İraqın baş naziri Məhəmməd Şia Əssudani-nin Amerikaya son səfərində də tərəflər amerikalı hərbçilər barədə ciddi danışıqlar aparmamışdılar.