Ənsarullah güc nümayiş etdirir
Yəmən ordusu ABŞ-ın 30 milyonluq PUA-sını vurdu
Apr 28, 2024 10:39 Asia/Baku
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper pilotsuz təyyarəsi Yəməndə vurulub.
Bu barədə Ameikanın “CBS Nyus” kanalı məlumat yayıb.
Vurulan pilotsuz təyyarəyə görə məsuliyyəti Yəmən hərbçilərinin öz üzərinə götürdüyü vurğulanır.
Kanal qeyd edib ki, noyabr ayından bəri Yəmən Ənsarullah Hərəkatı daha iki MQ-9-u vurub. Konqresin Tədqiqat Xidmətinə görə, hər bir dronun qiyməti təxminən 30 milyon dollardır.