ABŞ-dakı tələbə hərəkatının izdihamlı nümayişləri sionist rejimi təşvişə salıb
Haaretz: İsrail Amerika universitetlərini itirdi
Sionist rejimin kütləvi informasiya vasitələri İsrailin ABŞ-dakı gəncliyin dəstəyini itirdiyini etiraf edirlər.
Təsnim Xəbər Agentliyinin məlumatına görə, Sionist Fəhlə Partiyasından Knessetin üzvü Avrat Reitan ABŞ-da universitet tələbələrinin sionist rejimin siyasətlərinə qarşı kütləvi nümayişlərinə cavab olaraq etiraf edib ki, İsrail təkcə tələbələrin deyil, amerikalı gənclərin dəstəyini itirmişdir.
Knesset üzvünün Haaretz qəzetində dərc olunan məqaləsində həmçinin deyilir: “Oktyabrın 7-də HƏMAS-ın hərbi əməliyyatı bizi təəccübləndirdi, məhz oktyabrın 8-də başa düşdük ki, bizdə heç nəyə qadir olmayan bir kabinet var və bu gün üçüncü uğursuzluğumuzun şahidi oluruq”.
Müəllif qeyd edir ki, ABŞ-ın təhsil ocaqlarında başlanan nümayişlər xaricdə bir çox digər universitetlərə yayıldı, və bu, İsrail üçün heç nə yaxşı vəd etmir.
Müəllifin fikrincə, ABŞ Senatında səs çoxluğu ilə İsrailə hərbi yardım paketi təsdiqlənsə də, media və Amerika cəmiyyəti bu dəstəyin davam etməsinin əleyhinədir.
Bu məqalənin başqa bir hissəsində 18-24 yaş arası gənclər arasında oktyabrın 7-dən sonra keçirilən sorğulara istinad olunaraq, ABŞ-da İsrailə dəstək səviyyəsinin kəskin şəkildə azaldığı bildirilir.
Qeyd olunur ki, onların 50%-i HƏMAS-ı dəstəkləyib, əksəriyyəti isə Baydenin İsraillə bağlı siyasətinə qarşı olduğunu bildirib.
“Onlar həmin gənclərdir ki, böyük universitetlərdə fələstinliləri dəstəkləyirlər və bəlkə də gələcəkdə onları Senatda, məhkəmələrdə, iqtisadi sektorda və hətta Ağ Evdə görəcəyik. Aydın olan budur ki, anti-İsrail və antisemit mövqe ABŞ-ın siyasətinə nüfuz edir və xüsusilə seçki ilində namizədlər bu seçicilərin səslərinə məhəl qoymaya bilməzlər”, - deyə sionist deputat öz narahatlığını bildirir.