May 07, 2024 11:27 Asia/Baku
  • Həniyyə Qəzzədə atəşkəslə razılaşıb

Həmas hərəkatı bir bəyanatda bu hərəkatın siyasi bürosunun sədri- İsmayıl Həniyyənin Qətərin Qəzzədə atəşkəsə dair layihəsilə razılaşdığını bildirib.

Həmas bu bəyanatda bildiribdir ki, hərəkatın siyasi bürosunun sədri bazar ertəsi günü Qətərin baş naziri və təhlükəsizlik aparatının sədri ilə telefon söhbətində Qəzzədə atəşkəslə razılaşdığını elan edib.

Bundan öncə də Həmas-ın əsas üzvlərindən biri Əlcəzirə telekanalına demişdi ki, qətərli və misirli vasitəçilərə onların Qəzzədə atəşkəsə dair layihələrilə razı olduqlarını bildiriblər.

«Ərəb-qırx səkkiz» vebsaytı da Həmas-ın vasitəçilərin atəşkəsin bərqərarı üzrə təklifi ilə razılığını bildirməsindən sonra/ Qəzzə əhalisinin şadlıq və sevinc hissini əks etdirən görüntülər yayıb.