Sionistlərin Qəzzəyə qarşı vəhşicəsinə hücumlarının davamında
20 fələstinli şəhid olub
Sionist rejimin Qəzzə zolağının müxtəlif bölgələrinə qarşı vəhşicəsinə hücumlarının davamında iyirmi fələstinli şəhid olub.
Soyqırımçı İsrail rejiminin Qəzzə zolağı əleyhinə müharibəsinin iki yüz on dördüncü günündə/ bu mənfur rejim ordusunun artilleriya, helikopter və tankları Rəfəhin şərq bölgələrini, xüsusən Əbu-Həlavə bölgəsi, Əlbric və Əlməğazi düşərgələrini, eləcə də Əlnusəyrat düşərgəsinin şimalı və Qəzzə zolağının mərkəzini hədəfə alıblar.
Digər bir xəbərə görə, Rəfəh keçidinin bağlanması ilə, Qəzzə zolağına humanitar yardımların girişi, həmçinin bu keçiddən gediş-gəliş tamamilə dayanıb. Və bu bölgələrin müalicə və sanitariya mexanizminin dağılması ilə, Qəzzə zolağının müxtəlif bölgələrinin bombardman edilməsi zamanı yaralananların böyük bir hissəsi həyatını itiribdir.