Sionist rejim hökumətinə qarşı aksiyalar davam edir
İşğal olunmuş ərazilərin müxtəlif bölgələrinin bir qrup sakini, İsrail rejiminin baş naziri və hökumətinə qarşı aksiya keçirib.
Təl-Əvivdə sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı nümayiş zorakılığa çəkilib. Polis qüvvələri etirazçılara hücum çəkiblər.
İsrail rejimi hökumətinin militarist siyasətlərinə qarşı çıxanlar Təl-Əviv, qəsb edilmiş Qüds və işğal olunmuş ərazilərin cənubunda yerləşən Birəssəba-nın küçələrini bağlayıblar.
İsrail rejimi hökuməti əleyhinə keçirilən aksiyanın iştirakçıları ötən günlər və həftələrdə olduğu kimi, əsirlərin dərhal azad olunmaları və əsirlər mübadiləsi üçün Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-la razılaşmanın imzalanmasını tələb ediblər.
Sionist əsirlərin ailələri də/ bu dəfə sionist rejimin müharibə naziri Yuav Qalant-a ünvanladıqları məktubda bu rejim hərbçilərinin Rəfəhə hücumundan narazı olduqlarını bildiriblər.
Sionist rejim mediaları dünən səhər saatlarında xəbər verdilər ki, Qalant müharibə hökumətinin iclasında/ sionist rejimin baş naziri Benyamin Netanyahundan Həmas-la əsirlər mübadiləsi müqaviləsi ilə razılaşmasını istəyib.