Nəsrullah:
İsrail rejimi müqavimət qarşısında çəkindirmə imicini bərpa edə bilmir
Livan Hizbullahının baş katibi vurğulayıb: "Hamı bilməlidir ki, sionist rejimə ABŞ kömək edir və sionist rejim müqavimət qarşısında çəkindirmə imicini bərpa etməkdən acizdir".
Seyid Həsən Nəsrullah bir çıxışda Suriyanın müqavimət cəbhəsinin əsas himayədarı olduğunu bildirərək, deyib: "Suriyanı Amerikanın dairəsinə daxil etməyə və ya daxili bir müharibədə qərq etməyə çox çalışdılar, amma bu ölkə beynəlxalq fitnələr qzrşısında qalib gələrək, hələ də keçmiş mövqeyində dayanıb".
O, əlavə edib: "Biz hər bir döyüşdə bütün ömürləri boyu bizi dəstəkləyən şəhid komandir Hacı Qasim Süleymani, şəhid Məhəmməd Rza Zahidi və şəhid Seyid Məhəmməd Hecazidən yad edirik".
"Biz döyüşün əvvəlində elan etdik ki, müqavimətin hədəflərindən biri Fələstin məsələsini dirçəltmək, onun unudulmasına mane olmaq və onun xalqının hüquqlarını xatırlatmaqdır. Fələstin məsələsi bu gün dünyanın bir nömrəli məsələsinə çevrilib", - deyə Hizbullahın baş katibi vurğulayıb.
Nəsrullah həmçinin deyib: "Müqavimət döyüşçülərinin, kişi və qadınların müqaviməti nəticəsində Fələstinlə bağlı məsələlər, eləcə də sionist düşmənin şəraiti və mövqeyi böyük ölçüdə dəyişib".
O, Qərb universitetlərində tələbələrin Qəzzədə atəşkəs və sionist rejimin pislənməsi tələbi ilə keçirilən aksiyalarına toxunaraq deyib: "Amerika və Avropa universitetlərində Fələstinə dəstək naminə keçirilən nümayişlər Əl-Əqsa Tufanının və ondan sonrakı mərhələnin nailiyyətlərindəndir"