Bədrəddin Əl-Husi: Rəfəhdə qaçqınlar Amerika bombaları ilə şəhid oldular
Yəmən Ənsarullah Hərəkatının baş katibi deyib: "Rəfəhdəki fələstinli qaçqınlar yuxuda olarkən Amerikanın bombaları ilə vəhşicəsinə şəhid oldular".
SəhərAzəri-nin məlumatına görə, Yəmənin Ənsarullah Hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin çıxışında bildirib ki, sionist düşmən dünya ölkələrinin gözü qarşısında Fələstin xalqına qarşı vəhşi hücumlarını davam etdirir.
O əlavə edib: "Sionist düşmənin Rəfəhdə hədəf aldığı ərazilər bundan əvvəl təhlükəsiz zona elan edilmişdi. Rəfəhdəki fələstinli qaçqınlar gecə yuxuda olarkən hər birinin çəkisi bir tona yaxın olan yeddi Amerika bombası ilə hədəfə alındılar".
Əl-Husi bu hadisədə şəhid olanların çoxunun qadın və uşaqlar olduğuna diqqət çəkərək, partlayışların şiddəti nəticəsində şəhidlərin cəsədlərinin yoxa çıxdığını və parçalandığını söyləyib.
Ənsarullah lideri qeyd edib ki, heç bir şey Yəmən xalqının Fələstin millətinə dəstək verməkdə mövqeyini dəyişməyəcək.
Əl-Husi daha sonra deyib: "Yəmən ölkəsinə qarşı istənilən düşmənçilik hərəkəti bizi Qəzzəyə dəstək mövqeyimizdən döndərməyəcək, hətta əgər bəzi ərəb rejimləri İsrail düşməninə xidmət etmək üçün müharibəyə əl atsalar belə".
O, əlavə edib: "Sionist düşmən öz iyrənc cinayətlərini artırdıqca, biz də bu düşmənə qarşı daha təsirli olsun deyə öz mövqeyimizi gücləndirməyə çalışacağıq".