Təl-Əviv çalxalanır
Minlərlə insan rejimin atəşkəs elan etməsini tələb edir
Təl-Əvivdə küçələrinə axışmış minlərlə insan rejimin bir daha HƏMAS hərəkatı ilə razılaşmağa getməsini və israilli əsirlərin azad edilməsini tələb ediblər
“Əl-Cəzirə” telekanalının məlumatına görə, İsrail rejiminin paytaxtı Təl-Əvivdə ötən gün axşamdan başlayaraq davam edən on minlərlə insanın iştirak etdiyi kütləvi aksiyalarında baş nazir Benyamin Netanyahunun kabinetinə etiraz şüarları səsləndiriblər.
Qəzzədə müharibənin dayandırılmasını və HƏMAS ilə razılaşmanı tələb edən aksiyaçıların Təl-Əvivin mərkəzi küçələrini bağlaması polis qüvvələrinin müdaxiləsinə və nümayişçilərlə insidentlərin yaşanmasına səbəb olub.
Təl-Əvivlə yanaşı, 60-a yaxın sionist rayon və qəsəbələrdə də oxşar şəkildə sionist rejim kabineti əleyhinə geniş etiraz aksiyaları keçirilib. Əsir ailələri bəyanat verərək Netanyahunun aparılmış yeni danışıqlara müdaxilə edəcəyini və bunun səbəbinin isə, onun kabinetinin ifratçı nümayəndələrinin sonsuz müharibəni davam etdirməyə çalışdıqları üçün baş verəcəyini bildiriblər.
Qeyd edək ki, Qondarma İsrail rejiminin baş naziri etdiyi son çıxışda müharibənin yalnız bütün israilli əsirlərin geri qaytarılması və HƏMAS-ın məhv edilməsi də daxil olmaqla, bütün məqsədlərinə nail olduqdan sonra başa çatacağını elan etmişdi.