İyun 15, 2024 16:01 Asia/Baku
  • Yehud Barak: “İsrail tarixin ən təhlükəli böhranını yaşayır”

Sionist rejimin keçmiş baş naziri Ehud Barak ivritdilli “Haaretz” qəzetində bildirib ki, rejim öz tarixinin ən təhlükəli böhranı ilə üz-üzə qalıb.

  SəhərAzəri-nin məlumatına əsasən, “Əl-Qüds əl-Ərəbi”-nin yaydığı bu məlumatda qeyd edilir ki, Ehud Barak rejimin düşüdüyü bu böhranın oktyabrın 7-dəki ən dəhşətli məğlubiyyətlə başladığını və ordunun bütün gücü ilə meydana girməsinə baxmayaraq, ən yüksək strateji mövqeyidə belə göstərdiyi zəiflik nəticəsində bu böhranın ən uğursuz müharibə olaraq hələ də davam etdiyini bildirib.

  “Qəzzədə müharibənin davamı, şimalda Hizbullaha qarşı əməliyyatların genişləndirilməsi arasında çətin və qəti qərarlarla qarşı-qarşıya olduğumuz bir vaxtda İran və ona bağlı qüvvələrin qoşulduğu hərtərəfli və çox şaxəli müharibə riski ilə üz-üzəyik”- Barak əlavə edib.

  O bu açıqlamsının ardınca vurğulayıb ki, sionist rejim öz tarixinin ən təhlükəli böhranını yaşayır və bu fəlakətin əsas səbəbi hazırkı kabinet və Benyamin Netanyahunun səriştəsizliyidir.

  Sionist rejimin keçmiş baş naziri daha sonra deyib ki, rejim hazırda getdikcə daha da artan böhranın pik nöqtəsindədir. Hələ də başa çatmayan bu fəlakətli keçid şəraitin mahiyyəti həmin bu kabinetin və baş nazirin səriştəsiz faliyyətlərinin nəticəsidir.

  “Sionist rejimin heç bir nəticə və nailiyyət əldə etmədən Qəzzəyə etdiyi hücumundan yeddi aydan çox vaxt keçdiyi bir vaxtda bu rejim günü-gündən daha çox daxili və xarici böhranlara bürünür. Bu müddət ərzində sionist rejim bölgədə cinayətlər, qırğınlar, dağıntılar, müharibə cinayətləri, beynəlxalq qanunların pozulması, yardım təşkilatlarının bombalanması və əhalinin aclığa məruz qoymasından başqa heç nəyə nail olmayıb”-Barak əlavə edib.

  İsrail rejimi heç bir uğur əldə etmədən bu müharibəni uduzur və 7 ay keçməsinə baxmayaraq, illərdir mühasirədə olan kiçik bir ərazidə müqavimət qruplarını özünə təslim edə bilmədi. Bununla yanaşı rejim Qəzzədə açıq-aşkar törətdiyi bu cinayətlərə görə dünya ictimai rəyinin dəstəyini itirib.

 

Teqlər