İyun 16, 2024 17:29 Asia/Baku
  • Həniyyə: Tarixi bir qəhrəmanlığın qızğın çağındayıq

Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri deyib: Fələstin xalqı, xüsusən Qəzzə sakinləri digər bir bayramı arxada qoydular. Biz tarixi bir qəhrəmanlığın qızğın çağındayıq və öz ərazimizi, mahiyyətimizi, Qüdsü və müqəddəslərimizi qoruyuruq.

Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə səadətli Qurban bayramı münasibətilə etdiyi çıxışında deyib: Biz tarixi bir qəhrəmanlığın qızğın çağındayıq və öz ərazimizi, mahiyyətimizi, Qüdsü və müqəddəslərimizi qoruyuruq.

Fələstin xalqı kəskin blokdadadır. İlahi günlərin bu mübarək günündə cihad, mübarizə, fədakarlıq, səbir və sabitliklə ölkəmizi müdafiə edəcəyik. Bu mübarək gündə namazqılanlar bayram namazını Qəzzədə dağıdılmış məscidlərin uçqunları üzərində qıldılar.

O, əlavə edib: Mənim üçüncü mesajım, ərəb və İslam ümmətlərinə və onların xalqları və hökumətlərinədir. Sionist düşmənin müharibəsi özünün doqquzuncu ayına daxil olub. Sionistlər Fələstini dağıtmaq, fələstinliləri qırğın edib, bombalamağa davam edirlər. Müsəlman xalq bu sahədəki məsuliyyətlərinə əməl etməlidir. Müsəlman ümmətin fələstinlilərə öz dəstək yollarını genişləndirməsi,/ Qəzzəni himayə, həmçinin Qüds və Məscidüləqsa-nın qələbəsi üçün Fələstin xalqının mübarizələrinə dəstək verməsinin vaxtı gəlib çatıbdır.

O, vurğulayıb: Mənim dördüncü mesajım, Qəzzə zolağında atəşkəsin bərqərarı üzrə razılığın əldə olunması barədədir. Həmas hərəkatı və digər Fələstin müqavimət qrupları bu razılığa nail olmaq üçün yumşaqlıq göstərib, vasitəçi qardaşların təklifi ilə razılaşdılar və BMT Təhlükəsizlik Şurasının bir neçə gün bundan qabaq verdiyi qətnaməni rəğbətlə qarşıladılar. Amma sionist düşmən və onun müttəfiqləri bu yumşaqlığa müsbət cavab vermədilər və ümumi fikri aldatmaq üzrə səylərini davam etdirdilər. Lakin biz öz mövqeyimizdə durmaqda davam edirik.

İsmayıl Həniyyə sözlərinə belə davam edib: Hamı humanitar yardımların Qəzzə zolağına dərhal daxil olması məqsədilə Rəfəh keçidinin və digər keçidlərin yenidən açılmaları istiqamətində sionist düşməni məcbur etmək üçün səy göstərməlidir.

 

Teqlər