Şəhidlərin sayı 37 mini ötdü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i412069-Şəhidlərin_sayı_37_mini_ötdü
2023-cü ilin oktyabrından qaniçən rejimin Qəzzə zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində şəhid olan fələstinlilərin sayı 37,3 mini keçib, 85,3 min nəfər isə yaralanıb.
(last modified 2024-06-17T06:40:41+00:00 )
İyun 17, 2024 10:39 Asia/Baku
  • Şəhidlərin sayı 37 mini ötdü

2023-cü ilin oktyabrından qaniçən rejimin Qəzzə zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində şəhid olan fələstinlilərin sayı 37,3 mini keçib, 85,3 min nəfər isə yaralanıb.

Fələstin Səhiyyə Nazirliyi Teleqram kanalında həmçinin bildirilir ki, son 24 saat ərzində İsrail hərbçilərinin hücumları nəticəsində 41 fələstinli şəhid olub, 102 nəfər yaralanıb.

Bu arada İsrail həbsxanalarında 9300 fələstinli məhbusun olduğu xəbər verilir.

“Əl-Cəzirə” telekanalı Fələstin Məhbuslar Cəmiyyətinə istinadla məlumat verib ki, məhbusların ən azı 75-i qadın, 250-si uşaqdır.