İyun 17, 2024 14:10 Asia/Baku
  • Yəmən ordusu İsrailə gedən iki gəmini batırdı

Yəmən silahlı qüvvələrinin sözçüsü işğal altındakı Fələstinə gedən iki gəmiyə və ABŞ esminesinə hücum olunduğunu bildirib.

Yəhya Səri deyib: “bu, mübarək Qurban bayramı münasibətilə Fələstin mücahidlərinə hədiyyəmizdir”.

Onun sözlərinə görə, ilk əməliyyatda Yəmən ordusunun bir neçə raketi ilə hədəfə alınan "Verbena" gəmisi Ədən körfəzində batıb. Pilotsuz təyyarə və bir neçə ballistik raketlə hədəfə alınan TUTOR gəmisi isə yaxın saatlarda batmaq təhlükəsi ilə üz-üzədir.

Səri bildirib ki, son 72 saat ərzində işğal olunmuş Fələstinin limanlarına giriş embarqosu səbəbindən Yəmən ordusunun hücumuna məruz qalan gəmilərin aqibəti batmaq olacaq.

O əlavə edib: “Yəmən silahlı qüvvələri bir daha bütün şirkətləri düşmən İsrail ilə iş görmək, eləcə də gəmilərinin işğal olunmuş Fələstinin limanlarına getməsinin nəticələri barədə xəbərdarlıq edir.

Bu arada beynəlxalq medialar ABŞ esminesinin də yəmənlilər tərəfindən ballistik raketlə vurulduğunu xəbər verirlər.

Bildirilib ki, esmines Qırmızı dənizdə ballistik raketlərlə hücuma məruz qalıb.